Logo

Türkiyədə çəkiliş meydançasında PARTLAYIŞ: Məşhur aktyorun üzü yandı - FOTOLAR

Türkiyədə çəkiliş meydançasında PARTLAYIŞ: Məşhur aktyorun üzü yandı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə film çəkilişləri zamanı qəza baş verib.

Sfera.az xəbər verir ki, Kilisdə "49" adlı filmin səhnəsi çəkilərkən meydançaya quraşdırılan partlayıcı vaxtından əvvəl partlayıb.

Bu zaman məşhur aktyor İsmayıl Hacıoğlu xəsarət alıb.

Partlayış nəticəsində aktyorun üzündə və bədənində yanıq yarası əmələ gəlib. Aktyora təcili tibbi yardım maşınında ilkin yardım göstərilib.

Qeyd edək ki, "49" filmi 2014-cü ildə Mosulu ələ keçirən İŞİD silahlılarının Türkiyənin Mosul Konsulluğunda 49 Türkiyə vətəndaşını girov götürdüyü prosesdən bəhs edir.

Vəsilə İbrahim,

Sfera.az


 
Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR