Ceki Çan yeni filmi üçün niyə Suriyanı seçdi? – SƏBƏB

Ceki Çan yeni filmi üçün niyə Suriyanı seçdi? – SƏBƏB

Məşhur çinli aktyor və rejissor Ceki Çan yeni filmi üçün Suriyanı seçib.



Sfera.az bildirir ki, məkan olaraq paytaxt Dəməşq yaxınlığındakı Həcər əl-Əsvəd qəsəbəsi seçilib. Çin kinosunun əfsanəvi adı Ceki Çan filmdə rol almasa da, prodüserlik edəcəyi qeyd edilib. Məlumata görə, aktyorun Suriyaya getməsi gözlənilmir. Çin komandası bölgədə çəkilişlərə başlasa da, Suriyadakı səhnələri bir neçə günə tamamlamaq hədəflənir.



Çinin Suriyadakı səfiri çoxsaylı tankların yerləşdirildiyi çəkiliş meydançasına baş çəkib və mərasim zamanı tanklardan birinin qarşısında “Sülh və Sevgi” yazısı olan pankart asılıb.



Qeyd edək ki, film 2015-ci ildə vətəndaş müharibəsinin davam etdiyi Yəməndən yüzlərlə çinli və 10 fərqli ölkə vətəndaşlarının xilas edildiyi əməliyyatdan bəhs edir. O zaman bölgədəki Çin hərbi gəmiləri dəniz quldurluğu ilə mübarizə aparmaq üçün Yəməndən təxliyyəni təmin edirdi və bu, Çinin beynəlxalq nüfuzu üçün mühüm hadisə kimi dəyərləndirilirdi. Film bu əməliyyatdan ilhamlansa da, ssenariyə görə hadisələr Yəmən və ya Suriyada deyil, “Poman” adlı xəyali ölkədə cərəyan edir.



Xatırladaq ki, bir vaxtlar əhalinin sıx məskunlaşdığı Dəməşqin ətrafı olan Həcər əl-Əsvəd 2018-ci ildə Suriya hökuməti tərəfindən İŞİD-dən geri alınıb. Bundan sonra bir neçə sakin köhnə evlərinə qayıdıb.



Türkan

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...