Məşhur müğənni: "Mahsun Kırmızıgülü mən kəşf etdim, amma o, şirkətimi əlimdən aldı" - VİDEO 

Məşhur müğənni:

“Haber bahane" verilişinin qonağı olan məşhur müğənni Mustafa Topaloğlu illər əvvəl qurduğu musiqi şirkətinin qardaşı və Mahsun Kırmızıgül tərəfindən mənimsənildiyini bildirib.

 

Sfera.az xəbər verir ki, M.Topaloğlu bütün sərvətini müğənnilərin albomları üçün xərclədiyini deyib.

 

"Qazandığım pulla ailəmə töhfə verməmişəm. Sadəcə bacıma ev almışam. Bu qədər. "Prestij Music"i mən qurdum. Pulları sənətçilərin albomlarına xərclədim. Mahsun Kırmızıgül, Alişan, Özcan Deniz və Haluk Levent... Unkapanıda bəstəkarlara edilən haqsızlığı görüb şirkət qurdum. Unkapanıya nizam-intizam gətirdim. Məşhur idim, amma yerdən siqaret kötüklərini yığırdım”.

 

Mustafa Topaloğlu qardaşının da ona zərbə vurduğunu qeyd edib:

 

"Qardaşıma və onun dostuna şirkətimdə pay verdim. Amerikaya getdim. Şirkətimin adı "Nöqtə" idi. Adını dəyişib "Prestij" etdilər. İkisi birləşəndə ​​məndən daha çox pay sahibi idilər, üstəlik qardaşıma imza səlahiyyəti də vermişdim. Qardaşımın niyyəti pis deyildi, lakin ətrafındakılar ona təsir etdilər. İmza səlahiyyətindən sui-istifadə etdilər. Birdən-birə özümü sahibi olduğum şirkətdə işçi kimi tapdım.Təsis etdiyim şirkətdə payım yox idi. Bunu çox sonralar bildim. Məni şirkətimdən çıxardılar. Başqalarının istədiyini etdiyi üçün qardaşımla illərlə küsülü qaldıq. Şirkətin dəyəri 50 milyon lirə idi. Şirkətdə qardaşım, Mahsun Kırmızıgül və Burhan Aydemirin otağı var idi, mənim yox. Heç nə əvvəlki kimi deyildi. Vəziyyəti görəndə dedim ki, bu gedişlə yox olacaqlar, belə də oldu. 3 aya hər şey bitdi".

 

Sənətçi Mahsun Kırmızıgüldən incikliyini xüsusi vurğulayıb:

 

"Mahsun Kırmızıgülü biz kəşf etdik. Məni şirkətimdən çıxaranların arasında o da var idi. Kaş belə etməyəydilər. Çox pis oldum. Bu səhvlər olmasa idi, bu şirkət çox böyüyəcəkdi".

 

 

Vəsilə İbrahim,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...