Xalq artisti Flora Kərimova qızı ilə nəvəsinin görüntülərini paylaşdı - VİDEO

Xalq artisti Flora Kərimova qızı ilə nəvəsinin görüntülərini paylaşdı - VİDEO

Azərbaycanın Xalq artisti, sevilən ifaçı Flora Kərimova qızı ilə nəvəsinin görüntülərini paylaşıb.

 

Sfera.az xəbər verir ki, sənətçinin paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb.

 

Xalq artisti qızının yorğunluğunu və ona olan sevgisini belə ifadə edib:

 

"Balamın gözündə Ana yorğunluğunun naxışı var! İlər öncə mənə deyiləndə ki, qızınız sizə oxşayır, qəribə gəlirdi. İndi baxıram qızıma, mən ana olduğum yaşdadır.
Qoynunda körpəsi var! Yuxusuz gözlərindən öpürəm qızım!"

 

Qeyd edək ki, Xalq artistinin qızı Zümrüd ötən ay oğlunu dünyaya gətirib. O, hazırda İngiltərədə yaşayır.

 

Vəsilə İbrahim

Sfera.az


OXŞAR XƏBƏRLƏR