Coli ilə Pittin uğrunda mübarizə apardığı QƏSR: \"Bir il xəzinə axtarmışam\" - FOTOLAR

Coli ilə Pittin uğrunda mübarizə apardığı QƏSR: \

"Həyatımın bir ilini xəzinə tapmağa həsr etmişəm".

 

Sfera.az xəbər verir ki, bunu Hollivud ulduzu, məşhur aktyor Bred Pitt deyib.

 

O bildirib ki, Ancelina Coli ilə boşanmaq ərəfəsində özündə saxlamaq üçün hüquq mübarizəsi apardığı Eks-an-Provans şəhərindəki Miraval qəsrinin bağçasını qazıb.

 

Pitti qəsrin bağçasında xəzinə ola biləcəyi fikrinə bölgənin yaxınlığında gördüyü bir şəxs inandırıb.

 

Hollivud ulduzu xəzinəni tapmaq üçün lazımı avadanlıqlar və radar alıb. Bir il boyunca qazıntı işləri aparsa da istədiyinə çata bilməyib. Pitt sonradan onu olmayan xəzinə barədə məlumatlandıran şəxsin radar şirkəti sahibi olduğunu öyrənib. Aktyor həmin vaxtlar xəzinə tapmağın onun həyatının yeganə mənası olduğunu qeyd edib və o hallarını xəstəliyə bənzədib.

Qeyd edək ki, Miraval qəsrini Pittlə Coli 2008-ci ildə kirayə edib, 2012-ci ildə isə satın alıblar. 2014-cü ildə isə qəsrdə cütlüyün toy mərasimi baş tutub. Qəsrə sahib olmaq uğrunda Coli ilə Pittin məhkəmə prosesi hələ də davam edir.

 

Vəsilə İbrahim,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...