Logo

Hollivud ulduzunun son halı sevənlərini qorxutdu: Əli titrədi və..

Hollivud ulduzunun son halı sevənlərini qorxutdu: Əli titrədi və..
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hollivud ulduzu Tom Henksin son görünüşü pərəstişkarlarını qorxudub.

Sfera.az bildirir ki, aktyor  “Elvis” filmini tanıtmaq üçün Avstraliyaya gedib. Rejissoru Baz Luhrman olan kinonun ilk premyerası “Gold Coast”da baş tutub. Həmin tədbirdə Tom Henks də mikrofonu götürərək zaman-zaman zarafatlaşıb və  tamaşaçılara müraciət edib. Lakin bir detal məşhur aktyorun sevənlərini narahat edib. Belə ki, Henksin çıxış etmək üçün sağ əlində tutduğu mikrofonun titrədiyi diqqət çəkib. Məşhur aktyor buna mane olmaq üçün digər əli ilə dəstəkləməyə çalışıb.

Qeyd edək ki, Tom Henks bundan öncə,  pandemiyanın ilk günlərində həyat yoldaşı Rita Uilsonla birlikdə koronavirusa yoluxaraq fanatlarını qorxutmuşdu.

Türkan
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR