Gülbən Ərgəndən iddia: Sərdar Ortac gündəmə gəlmək üçün səhnədə yıxılıb?
16:06 / 15.06.2022
5614
Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni Sərdar Ortac sonuncu konserti zamanı səhnədə yıxılıb və ayağa qalxdıqdan sonra həmkarı Gülbən Ərgənin "bostanına daş atıb".
"Yıxıldım, bacı, nə olacaq ki? Amma gözəl yıxıldım... Burax, mən Gülbənəm?" deyə onu qaldıranlara səslənib.
Serdar Ortacın reaksiyasına əsəbiləşən Gülbən Ərgən ona "Twitter" hesabından cavab verib:
"Səhnədə yıxılarkən "mən Gülbənəm?" demək o anda insanın ağlına necə gələ bilir? Şüuraltında yer edən nədir? Keçmiş olsun".
Müğənninin bu sözləri Sərdar Ortacın gündəmə gəlmək üçün səhnədə yıxıldığı ilə bağlı iddialara səbəb olub.
Turan
Sfera.az