\"Conni çox yaxşı aktyordur\" - Məhkəmədə məğlub olan Amber Hörd ilk dəfə danışdı

\

Keçmiş həyat yoldaşı Conni Deppin ona qarşı açdığı böhtan iddiasında məğlub olan və məhkəmə prosesi milyonlarla insan tərəfindən izlənilən aktrisa Amber Hörd  qərardan sonra ilk dəfə danışıb.


Sfera.az bildirir ki, “NBC” televiziyasına müsahibə verən aktrisa  insanların dediklərinə əhəmiyyət vermədiyini söyləyib. O, fikirlərinə bu cür davam edib: 


“Şəxsi həyatımda, evliliyimdə, bağlı qapılar arxasında baş verənlərlə bağlı insanların mühakimələri məni maraqlandırmır. İnsanların da bu haqda bilməli olduğunu düşünmürəm, ona görə də deyilənləri şəxsi qəbul etmirəm. Amma bütün nifrət və pis sözlərə layiq olduğumu, yalan dediyimi düşünən insanlar belə gözümün içinə baxıb bu işin ədalətli şəkildə getdiyini deyə bilməzlər”. 

 

A.Hörd, həmçinin əlavə edib ki, Deppin dediklərinə inandıqları üçün münsiflər heyətini günahlandırmır.

 

“NBC”nin aparıcısı Savanna Qufri münsiflər heyətinə yalan danışdığını xatırladanda aktrisa,  "Onlar necə belə nəticəyə gələ bilirlər? Məni üç həftə yarım dinlədikdən sonra ağzımdan çıxan sözə necə inanmasınlar? Onları qınamıram,  hətta başa düşürəm. Conni çox məşhur bir addır və insanlara elə gəlir ki, onu tanıyırlar. O, çox yaxşı aktyordur”.

 

Türkan 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Avtomobilə hücum edib sürücünü ölümcül hala saldılar- VİDEO

Sosial şəbəkələrdə Bakıda bir qrup şəxsin avtomobilə hücum edərək sürücünü amansızlıqla döyməsini əks etdirən görüntülər yayılıb.   Sfera.az xəb...

Bu gün Yel çərşənbəsidir - Hansı inanclar VAR?

Xalqımızın qədim inanclarından və milli-mənəvi dəyərlərindən biri də Novruz bayramı və onunla bağlı olan dörd çərşənbə günləridir. Bu çərşənbələrdən üçüncüsü ol...

Bayramov Qazaxıstana və xalqına təşəkkür etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasında dərhal sonra göstərilən operati...

Dollar və neft ucuzlaşır - ABŞ iqtisadiyyatı böhrana girə bilər

Son bir neçə gündə beynəlxalq birjalarda səhmlərin və digər maliyyə aktivlərinin dəyər itirməsi müşahidə edilir.    Sfera.az xəbər verir ki, bu ...

Pensiyaçılara şad xəbər: bu tarixdə ödəniləcək!

Bölgələrimizdə yaşayan pensiyaçılar Novruz bayramı öncəsi təqaüdlərini tez ala biləcəklər. Belə ki, respublika üzrə pensiya ödənişi martın 18-nə nəzərdə tutulub...

“ABŞ ilə müəyyən məsafə saxlamalıyıq” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.   Sfer...