Sevgilisi başqa qadınla görüntülənən Handedən ilk açıqlama

Maqazin
12:00 / 14.06.2022
2897
Aktyor Kaan Yıldırımla eşq yaşayan Hande Erçel münasibətini sonlandırıb.
Sfera.az bildirir ki, aktrisa ilk dəfə ayrılıqla bağlı sualları cavablandırıb. Belə ki, müxbirlərin Yıldırımla birlikdə olub-olmaması ilə bağlı suallarına səmimi reaksiya verən Erçel, “Həyatımda heç kim yoxdur. Hazırda işimlə məşğulam və çox da xoşbəxtəm. Kaan hər zaman dostum idi və dostum olaraq da qalacaq”, - deyə bildirib.
Xatırladaq ki, ötən günlərdə Kaan Yıldırım Bodrumdakı bir məkanda başqa xanımla görüntülənib. Onların gecəboyu səmimi halları diqqət çəkib. Eyni məkanda əylənənlər arasında Uraz Kaygılaroğlu və Cem Yılmaz da olub.
Türkan
Sfera.az