“Belə getsə, kinoteatrda tennis oynacağıq” - Emin

“Belə getsə, kinoteatrda tennis oynacağıq” - Emin

Azərbaycanın Xalq artisti, “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov Rusiyanın RBK nəşrinə müsahibə verib.

 

Sfera.az xəbər verir ki, o, Rusiyada müharibə fonunda yaşanan iqtisadi tənəzzüldən danışıb.

 

Onun sözlərinə görə, hazırkı geosiyasi vəziyyətdə ən çox zərər çəkən sahələrdən biri də kino sənayesidir: “Səs-küylü qərb premyeralarının olmaması səbəbindən kinoteatrlara ziyarət 70% azalıb. Bu, kosmik rəqəmdir”.

 

“Bizim Vegas və Crocus-da 22 zalımız var. Bunu 500-700 insana vurun – bu, bir seansa 12-17 min insan edir. Və əvvəl bütün bu zallar dolu idi. Bu zalların fəaliyyətinin davam etməsi üçün Rusiya bir neçə ay ərzində 100 ildir var olan Hollivudu geridə qoymalı və bütün ölkənin baxmaq istəyəcəyi filmlər istehsal etməyə başlamalıdır. Üstəlik, ildə bir dəfə deyil, hər gün. Çox güman, biz bu məsələnin öhdəsindən gələ bilməyəcəyik. Və kinozalların yerinə boş qutular qalacaq. Orada tennis oynacağıq”, - Ağalarov deyib.

 

Vitse-prezident Rusiyadakı restoran biznesinin də tənəzzülə uğradığını etiraf edib. Onun sözlərinə görə, restoranlardakı trafik ortalama olaraq 30-40% düşüb. 


OXŞAR XƏBƏRLƏR

Hər il 300 qətl: Dəbdəbəli kurort dünyanın ən təhlükəli yerlərindən biri seçildi

Möhtəşəm çimərlikləri, dünya səviyyəli kurortları və canlı gecə həyatı ilə tanınan Los Kabos Meksikanın ən məşhur istirahət yerlərindən biridir. Bununla belə, b...

Yalnız məşq üçün otaqdan çıxır: “Eurovision” iştirakçısı ölümlə hədələnir

İsraildən olan Eurovision iştirakçısı Eden Qolan bu gün “Eurovision" yarımfinalında çıxış edəcək.    Sfera.az bildirir ki, bütün...

“Avroviziya-2024”ün ikinci yarımfinalından - VİDEO

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.   Sfera.az xəbər verir ki, Malmö ...

Müəmmalı işçi ölümləri: Son iki gündə qəzaya uğrayan təyyarələr

Türkiyəyə eniş edən "Boeing" təyyarəsinin təkəri partlayıb. Bu, istehsal nəhəngi tərəfindən cəmi iki gün ərzində texniki problem və ya qəzaya uğrayan ...

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu...

Bu ərazidə evlər plana düşdü - VİDEO

Bakının Xətai rayonu, Yusif Səfərov ünvanında yerləşən birmərtəbəli yaşayış evləri və obyektlər sökülür.   Sahibkarlar və sakinlər iddia edirlər ki, ...