“Belə getsə, kinoteatrda tennis oynacağıq” - Emin

“Belə getsə, kinoteatrda tennis oynacağıq” - Emin

Azərbaycanın Xalq artisti, “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov Rusiyanın RBK nəşrinə müsahibə verib.

 

Sfera.az xəbər verir ki, o, Rusiyada müharibə fonunda yaşanan iqtisadi tənəzzüldən danışıb.

 

Onun sözlərinə görə, hazırkı geosiyasi vəziyyətdə ən çox zərər çəkən sahələrdən biri də kino sənayesidir: “Səs-küylü qərb premyeralarının olmaması səbəbindən kinoteatrlara ziyarət 70% azalıb. Bu, kosmik rəqəmdir”.

 

“Bizim Vegas və Crocus-da 22 zalımız var. Bunu 500-700 insana vurun – bu, bir seansa 12-17 min insan edir. Və əvvəl bütün bu zallar dolu idi. Bu zalların fəaliyyətinin davam etməsi üçün Rusiya bir neçə ay ərzində 100 ildir var olan Hollivudu geridə qoymalı və bütün ölkənin baxmaq istəyəcəyi filmlər istehsal etməyə başlamalıdır. Üstəlik, ildə bir dəfə deyil, hər gün. Çox güman, biz bu məsələnin öhdəsindən gələ bilməyəcəyik. Və kinozalların yerinə boş qutular qalacaq. Orada tennis oynacağıq”, - Ağalarov deyib.

 

Vitse-prezident Rusiyadakı restoran biznesinin də tənəzzülə uğradığını etiraf edib. Onun sözlərinə görə, restoranlardakı trafik ortalama olaraq 30-40% düşüb. 


OXŞAR XƏBƏRLƏR

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

ABŞ Prezidenti Donald Tramp administrasiyası Azərbaycanın və bəzi Mərkəzi Asiya ölkələrinin İsraillə mövcud əlaqələrini dərinləşdirməyə ümid edərək, “İbra...

Hava limanında qalmaqal: Kişi həyat yoldaşına yer vermək istəməyən qadını döydü - VİDEO

Boqota Beynəlxalq Hava Limanında kişi həyat yoldaşının yanında oturacaq üstündə mübahisə zəminində vəkilə hücum edib. Hadisə kütləvi davaya və polisin araşdırma...

Keçmiş prezidentə 12 il ev dustaqlığı cəzası verildi

Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe prosessual fırıldaqçılıq və şahidə rüşvət verdiyinə görə ev dustaqlığında çəkəcəyi 12 il həbs cəzasına məhkum edilib...

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ağır yaralanıb

Türkiyədə özəl şirkətə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Adana şəhərində qeydə ...

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Bugün Türkiyənin Fələstin məsələsinə sarsılmaz dəstəyini şübhə altına almağa çalışanlar, vaxtilə Azərbaycana böhtan atanlardır.   Sfera.az xəbər veri...

Tanınmış alimə vəzifə verildi - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub.   Sfera.az bildirir ki, İqtisad...