Logo

Castin Biberdən üzücü xəbər: "Yaxşılaşmaq üçün hər şeyi etdim, amma…"

Castin Biberdən üzücü xəbər: "Yaxşılaşmaq üçün hər şeyi etdim, amma…"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyaca məşhur müğənni Castin Biber iyunun 7-də Torontoda “Scotiabank Arena”da başlayacaq Şimali Amerika turnesini təxirə salıb.

Sfera.az bildirir ki, o, konsertin gecikməsinə səbəb kimi xəstəliyinin irəliləməsini göstərib.

C.Biber "Instagram" hesabında belə yazıb:

“Bunu dediyimə inana bilmirəm. Yaxşılaşmaq üçün hər şeyi etdim, amma xəstəliyim getdikcə pisləşir. Mən sizi çox sevirəm və istirahət edib sağalacağam”.
Müğənni həkimlərinin göstərişi ilə verilişlərdə çıxışını da təxirə saldığını bildirib.

Biberin əvvəllər laym xəstəliyindən əziyyət çəkdiyi deyilirdi.

İnci
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR