Logo

Britni Spirsin toyunda qalmaqal: Cəmi 55 saat evli qaldığı keçmiş əri hücum etdi - FOTO

Britni Spirsin toyunda qalmaqal: Cəmi 55 saat evli qaldığı keçmiş əri hücum etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sem Asgari ilə evlənən pop ulduzu Britni Spirsin toyunda xoşagəlməz hadisə yaşanıb.

Sfera.az bildirir ki, müğənninin keçmiş əri Ceyson Aleksandr Los-Ancelesdə keçirilən məclisə mane olmaq istəyib. Belə ki, Britninin evləndiyini eşidən gənc adam toya basqın edərək səs-küy salıb. Hadisədən sonra saxlanılan Ceyson polisə “O, mənim birinci, yeganə həyat yoldaşımdır. Mən toyu dayandırmağa gəlmişəm”, - deyə söyləyib.

Qeyd edək ki, 40 yaşlı müğənni 28 yaşlı fitnes məşqçisi ilə ailə həyatı qurub. Spirsin qardaşı Brayanın toya qatılacağı məlum olsa da, onun valideynləri Ceymi və Lin Spirs, bacısı Ceymi Linnin toyda iştirak edəcəyi gözlənilmirdi.

Xatırladaq ki, Britni 2004-cü ildə Ceyson Aleksandrla evlənmiş, lakin 55 saatdan sonra boşanmışdı.

Türkan
Sfera.az

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR