\"Ən gözəl ombalı qadın\"dan Şakiranı şoka salacaq açıqlama: \"Pike mənə də mesaj yazırdı, qısqanclıq edirdi\" - FOTOLAR

\

Dünya şöhrətli müğənni Şakiranın həyat yoldaşı Pikenin xəyanətinə məruz qalması ətrafında müzakirələr böyüyür.


Sfera.az xəbər verir ki, Pikenin Şakiraya bir yox, bir çox qadınla dəfələrlə xəyanət etmədiyi ilə bağlı iddialar var.


Belə ki, "ən gözəl ombalı qadın" seçilən Suzi Kortez Pike ilə bağlı inanılmaz iddialar səsləndirib. 


Kortez futbolçunun daha əvvəl ona da mesajlar yazdığını açıqlayıb:


"Şakiraya hörmət etdiyim üçün susurdum, amma indi hər şeyi danışacağam. Əvvəllər Pike mənə də mesaj yazırdı.  Avropaya nə vaxt qayıdacağımı soruşurdu. Ən çox da ombalarımla maraqlanırdı. Hətta Messi döyməsi etdirmək istəyəndə məni qısqanmışdı. Messi həyat yoldaşına sədaqətli insandır, heç vaxt mənimlə maraqlanmayıb və ona hörmət edirdim. Bu Pikeni əsəbləşdirirdi". 


Xatırladaq ki, xəyanət iddialarından sonra Şakira Pike ilə 12 illik münasibətini bitirib, lakin əlavə açıqlama verməyib. 

Aysel
Sfera.az


OXŞAR XƏBƏRLƏR