Samirə Əfəndidən ETİRAF: “Oliqarx sevgilim var”

Samirə Əfəndidən ETİRAF: “Oliqarx sevgilim var”

"Çox varlı sevgilim var. Oliqarxdır, amma adını və kimliyini açıqlamaq istəmirəm. Rus milyarderi Roman Abromoviç səviyyəsində olan bir şəxsdir". 



Sfera.az xəbər verir ki, bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycanı 2020, 2021-ci illərdə "Avroviziya" beynəlxalq mahnı yarışmasında "Kleopatra" və "Matahari" nəğmələri ilə təmsil edən, gənc və istedadlı müğənni Samirə Əfəndi deyib.  



Sənətçi şəxsi həyatı barəsində gözlənilməz açıqlamalar verib. Samirə varlı iş adamı ilə eşq yaşadığını etiraf edib. 



"Özəl təyyarə gəldi, məni Milanın "Malpenza" hava limanından götürdü, Avstriyaya uçdum. Səhər getdim, axşam isə qayıtdım. Düzdür mən şəxsi həyatım barədə sevmirəm danışmağı. Çünki gözə-nəfisə gəlirəm". 



Müğənni "oliqarx" kimi qələmə verdiyi sevgilisi ilə eşq yaşasa da, lakin onunla evlənmək kimi istəyinin olmadığını söyləyib. 



"Evlənmək barədə danışmaq çox tezdir. Evlənmək istəmirəm. Bu barədə də düşünmürəm. Çünki evlilik üçün hər iki tərəf tam hazırlıqlı olmalıdır.  



Samirə "Avroviziya" zamanı Norveç təmsilçisi həmkarı "TİX"la (Andreas Haukeland) münasibətlərindən də söz açıb. Əfəndi eşq iddialarını yalanlayaraq, onunla yalnız dost olduğunu diqqətə çatdırıb.

 

"Norveç tərəfindən "Avroviziya-2022" onları dəstəkləmək üçün dəvət aldım. O ərəfədə "TİX"də orda idi. Onunla uzun zaman idi görüşmürdüm. Getdim görüşdüm. Məni onunla sevgi yox, yalnız çox yaxşı dostluq əlaqələri bağlayır".


OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...