Məşhur müğənni ürək tutmasından öldü

Maqazin
14:50 / 01.06.2022
286
KK kimi tanınan hindistanlı bəstəkar-müğənni Krişnakumar Kunnath ürək tutmasından dünyasını dəyişib.
Sfera.az The Indian Express-ə istinadən bildirir ki, Kəlküttə şəhərindəki konsert zamanı vəziyyəti pisləşən müğənni xəstəxanaya aparılarkən yolda keçinib.
Müxtəlif dillərdə oxuyan ifaçının 53 yaşı var idi. Onun ölümü gözlənilməz olub. İfaçının bir oğlu və bir qızı qalıb.
“Onun mahnıları müxtəlif emosiyaları əks etdirir və bütün yaş qruplarından olan insanların diqqətini çəkirdi. Biz KK-nı həmişə bəstələrinə görə xatırlayacağıq”, - deyə Hindistanın Baş naziri Narendra Modi hadisəyə münasibət bildirib.