Məşhur komediya ustasından həyat yoldaşına adgünü sürprizi: 18 il sonra yenidən evlilik təklifi etdi

Məşhur komediya ustasından həyat yoldaşına adgünü sürprizi: 18 il sonra yenidən evlilik təklifi etdi

Komediya ustası Tolqa Çevikin son addımı sosial şəbəkədə müzakirə obyektinə çevrilib.


Sfera.az bildirir ki, şoumen həyat yoldaşının doğum günündə onu təəccübləndirib. Belə ki, 18 ildən sonra o, yenidən evlənmək təklifi edib. 48 yaşlı məşhur komediya aktyoru həyat yoldaşının ad günü üçün xüsusi üzük alaraq onun qarşısında diz çöküb.


Həmin anları sosial media hesabında izləyiciləri ilə bölüşən Özge Çevik bu ifadələrdən istifadə edib: 


“40 yaşımı evlilik təklifi ilə yumşaltdığı üçün həyat yoldaşıma təşəkkür edirəm”. 


Tolga Çevik isə öz hekayəsində həyat yoldaşının paylaşımını yayımlayaraq, “Mən bunu 18 il gec etdim, amma yenə də qəbul etdi! Biz mütləq evlənəcəyik”.

Türkan
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR