Məşhur müğənninin konsertində qəribə olay: Səhnəyə prezervativ atıldı - VİDEO

Məşhur müğənninin konsertində qəribə olay: Səhnəyə prezervativ atıldı - VİDEO

Məşhur türkiyəli müğənni Teomanın konsertində qəribə hadisə yaşanıb.


Sfera.az bildirir ki, ifaçı ötən axşam Maltepedəki xalq konsertində səhnəyə çıxıb. Bəzi tamaşaçıların davranışı isə eşidənləri təəccübləndirib. Belə ki, Teoman mahnı ifa edərkən səhnəyə prezervativ atılıb. Özünü itirməyən müğənni prezervativi götürüb və şişirərək şar formasına salıb.


Bir müddət sonra tamaşaçılardan biri səhnəyə dodaq boyası atıb. Məşhur ifaçı yenə oxşar addım ataraq boyanı yerdən götürüb. Onun sonrakı davranışı isə izləyiciləri də şoka salıb. Teoman qırmızı rəngli boyanı dodağına çəkərək “Necədi, yaraşdı?” sualı ilə tamaşaçılara müraciət edib.

Türkan
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR