Logo

“Avroviziya 2022”nin qalibi kubokunu satdı - 900 min dollara...

“Avroviziya 2022”nin qalibi kubokunu satdı - 900 min dollara...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu il “Eurovision” Mahnı Müsabiqəsində qalib gələn ukraynalı qrup qazandıqları mükafat kubokunu satıb.

Sfera.az bildirir ki, Kaluş orkestri öz ölkələrində döyüşən əsgərlərə dəstək olmaq üçün çempionluq kubokunu 900 min avroya satdıqlarını açıqlayıb. Sözügedən kubok Ukrayna ordusu üçün PUA almaq məqsədilə “Facebook”da hərraca çıxarılıb. Kaluş orkestri, həmçinin satış dövründə ianə toplamaq üçün Almaniyanın paytaxtı Berlində konsert verib. Bu konsertdən əldə olunan gəlir tibbi ləvazimatların alınmasına sərf edilib. Qrup üzvü Oleh Psiuk tamaşaçılara, “Sülh əldə olunana qədər müharibə xəbərləri birinci səhifələrdə qalmaqda davam etməlidir”, - deyə söyləyib.

Qeyd edək ki, qrupa “Eurovision”da birincilik gətirən "Stefania" adlı mahnı əvvəlcə solist Oleh Psiukun anası üçün bəstələnib, lakin işğaldan sonra yenidən yazılıb.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR