Madonnanın da izlədiyi matçda silahlı hücum panikası: 16 nəfər xəsarət aldı

Madonnanın da izlədiyi matçda silahlı hücum panikası: 16 nəfər xəsarət aldı

Gervonta Davis-Rolando Romero matçında silahlı hücum xəbərdarlığı olub.

Sfera.az bildirir ki, hadisə Nyu-Yorkun Bruklin şəhərindəki Barclays Centerdə matçdan sonra qeydə alınıb.  Tamaşaçılar təşviş içində arenanı tərk etməyə çalışarkən, izdihamda 16 nəfər xəsarət alıb. Nyu York Polis Departamentindən verilən açıqlamada silahlı şəxslə bağlı yayılan xəbərlər təkzib edilib. Məlumata görə, tamaşaçılar arasında baş verən dava bəziləri tərəfindən silahlı hücum kimi anlaşılıb və izdiham da bundan sonra yaşanıb.

Qeyd olunub ki, matçı izləməyə gələnlər arasında Madonna və tennisçi Naomi Osaka kimi məşhurlar da olub.

Türkan

Sfera.az


OXŞAR XƏBƏRLƏR