Məşhur aparıcıdan qalmaqallı açıqlama: “Z nəsli seçkilərdə iştirak etməsin!”

Məşhur aparıcıdan qalmaqallı açıqlama: “Z nəsli seçkilərdə iştirak etməsin!”

Qalmaqallı açıqlamaları ilə gündəm olan türkiyəli aparıcı Hakan Ural yenidən səs-küy yaradacaq fikirlər səsləndirib.


Sfera.az bildirir ki, “Neler Oluyor Hayatta” verilişinin aparıcısı bu dəfə "Z nəsli"nin nümayəndələrini hədəf alıb. Belə ki, Ural bu gənclərə siyasətə qarışmamağı tövsiyə edib.


“Ölkədəki siyasətlə bir əlaqən yoxdur. Ölkənin yaxın keçmişini bilmirsən. Bu gün burada nələr baş verir xəbərsizsən, bu ölkənin nələrlə mübarizə apardığını bilmirsən, ideoloji olaraq inkişaf etmiş düşüncən yoxdur, amma seçkilərdə səs verirsən. Çox kədərli və qorxuducu deyilmi bu? Həqiqətən, bunu dərk etmirlərsə, səs verməməlidirlər, məncə”.

 

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR