Qalmaqallı paltar yenidən gündəmdə: Bu dəfə o geyindi - FOTO
Maqazin
15:07 / 27.05.2022
174
75-ci Kann Film Festivalı çərçivəsində dünya şöhrətli model Kendal Cennerin qalmaqallı geyimi yenidən gündəmə gəlib.
Sfera.az bildirir ki, bu dəfə həmin geyimin oxşarından həmkarı Sindi Bruna istifadə edib. Sindi qalaya Kendalın bu ilin yanvarında keçirilən toya geyindiyi, ön tərəfi lentlərdən ibarət paltarda qatılıb.
Qeyd edək ki, Kendall həmin vaxt sosial şəbəkələrdə ciddi tənqid obyektinə çevrilmişdi. Modelin bütün diqqətləri üzərinə çəkdiyi, hətta gəlini də kölgədə qoyduğu iddia edilirdi. Sosial mediada Cennerə, "Dostunun toyunda belə geyinirsən?", deyən istifadəçilər paltarın toya uyğun olmadığını vurğulamışdılar.
Türkan
Sfera.az