Conni Deppə keçmiş sevgilisindən dəstək: Keyt Moss iddiaları yalanladı 

Conni Deppə keçmiş sevgilisindən dəstək: Keyt Moss iddiaları yalanladı 

Bütün dünyanın maraqla izlədiyi Conni Depp və Ember Hörd arasında 100 milyon dollarlıq böhtan iddiasının ən diqqət çəkən məqamları dünən yaşanıb.


Sfera.az bildirir ki, ilk gündən hər kəsin gözlədiyi şahid nəhayət danışıb. Onun dedikləri xüsusilə sosial mediada səs-küy yaradıb. Belə ki, sözügedən şəxs Conni Deppin keçmiş sevgilisi, top model Keyt Moss olub. 1994-1998-ci illər arasında Depplə böyük sevgi yaşayan Keyt Mossun ifadəsinin bu qədər maraqlı olmasının səbəbi Ember Hördün iddiası idi. Hörd illərdir Conni Deppin keçmiş sevgilisi Keyt Mossu da təhqir etdiyini, hətta onu pilləkənlərdən aşağı itələdiyini irəli sürüb. Lakin Keyt qarşı tərəfi məyus edib. O, Deppin onu təhqir etmədiyini, təpikləmədiyini və pilləkənlərdən aşağı itələmədiyini söyləyib. Moss bildirib ki, onlar Yamaykada tətildə olarkən pilləkənlərdən yıxılıb və Depp kömək üçün qaçaraq gəlib,  hətta onu otağa aparıb.


Keyt Mossun bu açıqlaması məhkəmə prosesini əvvəldən izləyənləri həyəcanlandırıb. Bu mövzuda ən çox yayılan şərh isə belə olub: "Əsl sevgi ölümsüzdür!".  
Mossun məhkəmədə ifadə verməsi və söylədiklərindən sonra bir çox sosial media istifadəçisi cütlüyün yenidən barışmalarını dilə gətiriblər. Digər tərəfdən, məhkəmədə video bağlantı zamanı Keyt Moss və Conni Deppin bir-birlərinə gülümsəməsi onların izləyicilərini sevindirib.

 

Türkan
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR