Logo

Ukrayna "Avroviziya"da qazandığı kuboku satır

Ukrayna "Avroviziya"da qazandığı kuboku satır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Avroviziya 2022” mahnı müsabiqəsinin qalibi - Ukraynanın “Kaluş” qrupu qazandığı kuboku hərraca çıxarır.

Sfera.az xəbər verir ki, bu barədə Oleq Psyuk qrupun instaqram hesabında deyib. O, bildirib ki, yarışma zamanı başında olan ikonik çəhrayı papağı 5 avroya satışa çıxarıb. Belə ki, sonda bank hesabına ödəniş edən şəxslər arasından çəkiliş ediləcək və adı çıxan şəxsə həmin papaq veriləcək.

Həmçinin, Oleq "Avroviziya" kubokunu da hərrac üsulu ilə alıcıya verəcəklərini vurğulayıb. O, hərracın 28 may tarixində başa çatacağını əlavə edib.

Qeyd edək ki, Ukrayna 631 xalla müsabiqədə birinci olub. "Kaluş" qrupu Ukraynanı "Stefania" mahnısı ilə təmsil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR