İlhamənin bu arzusu ürəyində qaldı... -mərhumun dostu DANIŞDI

İlhamənin bu arzusu ürəyində qaldı... -mərhumun dostu DANIŞDI
"Hər zaman İlhamə Quliyeva sənətinə qibtə etmişəm. Biz onun hər bir mahnısında tənhalıqdan çırpınan ürək döyüntülərini hiss edirik. Çünki o, mahnılarında özünü yaşayırdı.”

Sfera.az modern.az-a istinadən bildirir ki, bu fikirləri mərhum xalq artisti İlhamə Quliyevanın yaxın dostu və sonralar adları qalmaqllarda hallanan tanınmış ictimai xadim Hacı Quliyev deyib.

Bu gün İlhamə Quliyeva doğum günü olmasını nəzərə alan H.Quliyev, bu səbəbdən İlhamə Quliyeva ilə bağlı təəssüratlarını bölüşüb. O, təəssüf hissi ilə qeyd edib ki, bir çox insanlar mərhum sənətçini sona qədər duya, dərk edə bilməyib:
"İlhamə Quliyeva üsyanının son anlara qədər nə üsyan olduğunu bilmədilər. O, öz dəyərini bilirdi və ucaldığı zirvədə özünü qorumağa çalışırdı. Sadəcə olaraq, qorumağa...”.
H.Quliyev, mərhum sənətkarın ən böyük arzularından biri "İlhamə Quliyeva Mədəniyyət Mərkəzinin” yaradılması olduğunu vurğulayıb. O, həmçinin İlhamə Quliyevanın bu barədə lazımı instansiyalarla danışıqlar apardığını da qeyd edib:
"Biz bu mövzuda İlhamə xanımla tez-tez danışırdıq. Onun yaxın dostu, sirdaşı, sabiq rabitə naziri Siruz Abasbəylinin də o zaman bu layihədə mühüm yerlərdən birini tutacağı gözlənilirdi. Layihə haqqında cızma-qaramız da vardı. Son illər layihə bizim ən aktual mövzularımızdan biri idi.
İlhamə xanımın oğlu Orxan onun xatirələrini özünəməxsus səmimiyyətlə, Primadonnaya layiq şəkildə yaşadır. Mədəniyyət mərkəzi qurula bilməsə də, Orxanın simasında biz həmin mərkəzin fəaliyyətini hər xırdalığı ilə görə bilirik”.

H.Quliyev digər maraqlı məqamdan da danışıb. O, xalq artistinin əsgərlər qarşısında çıxış etdiyi zaman söylədiyi arzularından təsirləndiyini deyib:
"İlhamə Quliyeva xalqına, millətinə hədsiz dərəcədə bağlı bir insan idi. Bir neçə il əvvəl Şəmkirdə əsgərlərimiz qarşısında çıxış etdiyi iki saatlıq canlı konsertindən sonra "Ən böyük arzum Qarabağda möhtəşəm bir konsert verməkdir. Bax, canlı ifa üzrə rekordu məhz orada vuracağam” deməsi, məni təsirləndirməyə bilməzdi.
Bu gün İlhamə xanım aramızda yoxdur, amma nə yaxşı bizim üzümüzə İlhamə Quliyeva qapıları əbədi bağlanmadı.”
Daha sonra H.Quliyev "Primadonna” adlı sənədli filmdən söz açıb. İctimai xadim burada da maraqlı məqamlardan danışıb:
"İlhamə xanım haqqında "Primadonna” adlı sənədli filmin çəkilməsinin təşəbbüskarı idim. Bu barədə onunla çox söhbətlərimiz olub. Lakin İlhamə xanım cavabında mənə deyirdi: "Mən bütün arxivimi oğlum Orxana əmanət etmişəm. Mən olmayanda Orxanla bərabər bu filmi çəkdirərsiniz”.
Bu gün-17 avqustda Orxan mənə zəng edərək, bu haqda danışdı. Onun "İnstagram” səhifəsində İlhamə Quliyeva barəsində yazdığım fikirlərə görə təşəkkür etdi. Mən xalq artistinin sənədli filmi və arxivi barəsində söz açdım. Orxan da bu film barəsində neçə müddətdir düşündüynü dedi. Bildirdi ki, bu, çox maraqlı bir layihə olmalıdır. İnşallah, tezliklə bərabər bu filmi ilhaməsevərlərə təqdim edərik.
Allah sizə rəhmət eləsin, Primadonna!”.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...