Logo

İlhamə Quliyevanın evindən SON GÖRÜNTÜLƏR

İlhamə Quliyevanın evindən SON GÖRÜNTÜLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mərhum xalq artisti İlhamə Quliyevanın evində klip çəkilir.

Bu haqda açıqlama verən rejissor Nail Naiboğlu İ.Quliyevanın sağlığında oxuduğu son duetə klip çəkdiyini bildirib:

"İlhamə xanımın Ramal İsrafilovla oxuduğu "Hədiyyəm olsun" mahnsını ekranlaşdırırıq. Avqustun 17-də İlhamə xanımın doğum günüdür. Elə klipi də onun ruhuna ithaf edirik. İlhamə xanıma sağlığında söz vermişdim ki, bu evdə klip çəkəcəyəm. Qismət belə imiş. Biz çəkiliş üçün oğlu Orxandan icazə almışıq. Bu, İlhamə Quliyevanın vəfatından sonra onun evində baş tutan ilk çəkilişdir".

N.Naiboğlu evin Orxandan alınması haqda şayiələri də təkzib edib:

"Deyirdilər, ev Orxanın əlindən alınıb. Amma fakt budur ki, Orxan bu evdə qalır".

Qeyd edək ki, "Hədiyyəm olsun" mahnısının sözləri Ülviyyə Alovluya, musiqisi Ramal İsrafilova aiddir. 
İlhamə Quliyevanın evindən SON GÖRÜNTÜLƏR
İlhamə Quliyevanın evindən SON GÖRÜNTÜLƏR
İlhamə Quliyevanın evindən SON GÖRÜNTÜLƏR
İlhamə Quliyevanın evindən SON GÖRÜNTÜLƏR
İlhamə Quliyevanın evindən SON GÖRÜNTÜLƏR

Axşam.az //
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR