Vüsaləni İlhamə əvəzlədi - AÇIQLAMA

Vüsaləni İlhamə əvəzlədi - AÇIQLAMA
ATV telekanalında yayımlanan "Xoş-beş” verilişində aparıcı dəyişikliyi olub.

Sfera.az xəbər verir ki, proqramın aparıcısı Vüsalə Kərimova bu gün efirə çıxmayıb.

Onu həmkarı İlhamə Bədəlova və aktyor Məcid Hüseynov əvəz ediblər.

Kərimovanın özü də bu barədə instaqramda paylaşım edib. Bədəlovaya uğur arzu edən Kərimova efirə çıxmamasının səbəbini açıqlamayıb: "Ümid edirəm, mənə qoyulan qadağalar sənə qoyulmaz”.  

Məsələ ilə bağlı ATV ilə əlaqə saxladıq. Telekanalın mətbuat katibi Ozal İbrahimli saytımıza açıqlamasında bildirdi ki, bu proqram prodakşın istehsalı layihədir: "Aparıcının işlərinin çoxluğunu nəzərə alaraq, prodakşın qarşılıqlı olaraq Vüsalə Kərimova ilə yollarını ayırıb. Kanal tərəfindən heç bir problem yoxdur”.

V. Kərimovanın özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb. (Bizim.media)
 

 

OXŞAR XƏBƏRLƏR

Dördüncü Hindistan-Pakistan müharibəsi olacaqmı? - Gərginlik pik həddə çatıb

Cammu və Kəşmir bölgəsində nəzarət xəttində Hindistan və Pakistan hərbçiləri arasında yenidən atışma baş verib. Tərəflər qarşılıqlı şəkildə bir-birlərini atəşkə...

Prezident və ailəsi kilsədə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı i...

Papanın tabutu ilə çəkilən şəkillər hiddət yaratdı - FOTOLAR

Papa Fransiskin tabutunun yanında çəkilən “selfie”lər dindarlar arasında hiddət doğurub.   Sfera.az xəbər verir ki, təxminən 20 000 mömin...

Şəhərdə tanımadığı şəxs tərəfindən bıçaqlandı

Şəmkir sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. &n...

Ötən il boşanan Ülviyyənin yanındakı "Ərəb şeyxi" kimdir? - FOTO

Aktyor həyat yoldaşı Murad İsmayıldan boşanan aktrisa Ülviyyə Xəlilbəyovanın paylaşımı marağa səbəb olub.   Sfera.az xəbər verir ki, o sosial şəbəkə ...

"Qlobal iqtisadiyyat kritik mərhələdədir" - Siluanov

“Qlobal iqtisadiyyat maliyyə sabitliyinə artan risklər və inflyasiya təzyiqləri fonunda kritik mərhələyə daxil olub”. Sfera.az xarici KİV-ə ist...