Niyamdan Aynura: "Mənimlə bir yataqda yatmayacaqsansa, MƏNİ DOLAMA"

Niyamdan Aynura:
"Yeni müğənni deyiləm ki, gündəmə gəlmək üçün filankəslə evlənim. Ayıb olar mənə".

Bu sözləri Oxu.Az-a açıqlamasında müğənni Niyam Salami bildirib.

Aygün Kazımova ilə yeni layihəsi olduğunu vurğulayan müğənni: "Piar etsəm, onunla olan layihəmin piarını edərəm", - deyib.

"Aynurla bir proyektim hələ yoxdur mənim, mayın 17-si mənim şoumun eksklüziv qonağı Aygün Kazımovadır. Onunla layihəm olacaq. Aynur dediyi kimi, planlı olsaydı, Aygün xanımla planlı şəkildə işlər görürəm, mahnı yazdırıram, görürsünüz, sizə deməmişəm. Mən belə şit-şit şeyləri xoşlamıram.

Mən açığını danışan adamam, Aynuru dostum kimi qucaqlayıb-öpəndə zarafatla dedik ki, gəl evlənək. Dəfələrlə demişəm ki, dolana biləcəksən mənimlə? Ailə mənim üçün başqa sistemdir. Sən mənimlə bir yataqda yatacaqsan, yatmayacaqsansa, məni dolama".

Niyam Aynur Dadaşovanın "Toy olmayacaq, bu sadəcə konsertin piarı idi" açıqlamasından məyusluğunu gizləməyib:

"Müsahibəni elə verərdi ki, Niyam mənim dostumdur, dost qalmağı qərar verdik və s. Amma belə olmaz, məni vurmuş olursan. Mən sənə demişəm "evlənək", sən demisən, "mən sənə ərə getmirəm".

Qeyd edək ki, Niyam bir müddət öncə Aynur Dadaşova ilə evlənəcəklərini, yayda toy olacağını açıqlamışdı. Daha sonra Aynur çıxan xəbərləri təkzib etmişdi.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır - Kaya Kallas

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış edir.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu...

Bakıda sürücülər arasında yol üstündə dava - Ölən var

Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.   Sfera.az xəbər verir ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu...

Gəlini aparmağa traktorlarla gəldilər – FOTO

Ağdamda keçirilən toy mərasimi zamanı bəy qız evinə traktor karvanı ilə gedib.   Sfera.az xəbər verir ki, rayonun Qaradağlı kəndində təşkil olun...

Elnarə Abdullayevadan Əli Mirəliyevə ağır sözlər: "Ayıbdır, utanmırsan?"

"Ağsaqqal kişisən, ayıbdır, utanmırsan, bilmədiyin şeyi danışırsan. Sənin Azərbaycan musiqisindən xəbərin yoxdur".   Sfera.az xəbər ve...

Dördüncü Hindistan-Pakistan müharibəsi olacaqmı? - Gərginlik pik həddə çatıb

Cammu və Kəşmir bölgəsində nəzarət xəttində Hindistan və Pakistan hərbçiləri arasında yenidən atışma baş verib. Tərəflər qarşılıqlı şəkildə bir-birlərini atəşkə...

Prezident və ailəsi kilsədə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı i...