“Evlənməyi Aynur özü təklif edib” - Niyam əsəbiləşdi

“Evlənməyi Aynur özü təklif edib” - Niyam əsəbiləşdi
Müğənni Niyam Salami duet ortağı Aynur Dadaşovaya evlilik təklif etməsinə və qarşı tərəfin bunu yalan adlandırmasına münasibət bildirib. 
 
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Axşam.az-a danışan Niyam bildirib ki, Aynura qarşı fikri ciddi olub və evlənmək niyyəti gerçəkdir:

"Aynur Dadaşova ilə duet oxuduq, dost münasibətimiz oldu. Sonra o xanımdan istilik gördüm. Ona etiraf etdim ki, sevgi hisslərim yaranır. Evlənməyi isə mənə Aynur özü təklif edib. And içirəm ki, mən yalan danışmamışam. Mənim hazırda o qədər işim var ki, bu cür məsələlərlə gündəmə gəlmək lazım deyil. Gündəmə gəlsəm, başqa mövzular seçərəm. 
 
Aynurla öz aramızda danışdıq, sonra çıxıb deyir, mən ərə getmərəm, ailəm, böyük övladlarım var. Bu nə demək idi, başa düşmədim. Aynur dostumdur, çox istədiyim insandır. Amma belə etmək lazım deyildi".
 
Qeyd edək ki, Niyam Aynur Dadaşovaya evlilik təklifi etdiyini, toylarının yayda olacağını söyləmişdi. Dadaşova isə həmin açıqlamadan sonra deyib:
 
"İnsan bir dəfə sevər. Heç vaxt ailə qurmayacağam. Mənim o yaşım deyil, övladlarım var. Niyam canımdır, küçədə deyirlər Allah xoşbəxt etsin. Utanıram, bilmirəm nə cavab verim. Aynur Dadaşovanın həyatında ailə qurmaq heç vaxt ola bilməz. Bu gün-sabah özüm qayınana olacağam. Xahiş edirəm, bu mövzunu yığışdırın. Bir ana, övlad kimi deyirəm, düzgün formada yazılsın bu məsələ”. 

OXŞAR XƏBƏRLƏR

Dördüncü Hindistan-Pakistan müharibəsi olacaqmı? - Gərginlik pik həddə çatıb

Cammu və Kəşmir bölgəsində nəzarət xəttində Hindistan və Pakistan hərbçiləri arasında yenidən atışma baş verib. Tərəflər qarşılıqlı şəkildə bir-birlərini atəşkə...

İlham Əliyev Müqəddəs Məryəm Ana kilsəsində oldu, Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı i...

Papanın tabutu ilə çəkilən şəkillər hiddət yaratdı - FOTOLAR

Papa Fransiskin tabutunun yanında çəkilən “selfie”lər dindarlar arasında hiddət doğurub.   Sfera.az xəbər verir ki, təxminən 20 000 mömin...

Şəhərdə tanımadığı şəxs tərəfindən bıçaqlandı

Şəmkir sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. &n...

Ötən il boşanan Ülviyyənin yanındakı "Ərəb şeyxi" kimdir? - FOTO

Aktyor həyat yoldaşı Murad İsmayıldan boşanan aktrisa Ülviyyə Xəlilbəyovanın paylaşımı marağa səbəb olub.   Sfera.az xəbər verir ki, o sosial şəbəkə ...

"Qlobal iqtisadiyyat kritik mərhələdədir" - Siluanov

“Qlobal iqtisadiyyat maliyyə sabitliyinə artan risklər və inflyasiya təzyiqləri fonunda kritik mərhələyə daxil olub”. Sfera.az xarici KİV-ə ist...