Sılanın Bakı konserti təxirə salınır?

Sılanın Bakı konserti təxirə salınır?
Türkiyəli müğənni Sılanın Bakı konsertinin təxirə salınması haqda söz-söhbət yayılıb.

Konsertin təşkilatçısı Tural Vəlizadə bu barədə yayılan xəbərləri təkzib edib. O, türkiyəli müğənninin dünya turu çərçivəsində Bakıda verəcəyi konsertlə bağlı problem olmadığını bildirib. Təşkilatçı əlavə edib ki, Türkiyədə baş verənlərlə bağlı Sıla artıq açıqlama yayaraq bunun anlaşılmazlıq olduğunu bildirib:

"Sıla vətənpərvər insandır. Türkiyəni də, Azərbaycanı da çox sevir. Hətta Bakıdakı konsertində Azərbaycan dilində bir vətənpərvər mahnı oxuyacaq".

Xatırladaq ki, Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd gecəsindən sonra avqustun 7-də İstanbulda keçirilmiş "Demokratiya və Şəhidlər Mitinqi” barədə "çevrilişə qarşıyam, amma şouya qatılmayacağam” yazıb. Bundan sonra onun bəzi konsertləri ləğv olunsa da, müğənniyə sosial mediada dəstək kampaniyası da başladılıb. Dünən isə Sıla dediyi sözlər haqda açıqlama yayıb:

"Gündəmi belə şeylərlə məşğul etdiyim üçün utanıram. Demokratiya fərqli fikirlərə hörmət etməkdir. Şəhidlərimizə və demokratiya növbəsi tutan vətəndaşlarımıza qarşı heç bir söz deməmişəm. Dediklərim mediada dəyişdirilərək yayılıb...".

Xatırladaq ki, "Velizadə prodakşın”ın təşkil etdiyi tədbir dekabrın 3-də Heydər Əliyev Sarayında baş tutacaq.
 
Axsam.az //
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...