Xəyanət iddiaları ilə bağlı ilk açıqlama - FOTOLAR

Maqazin
21:03 / 16.04.2022
1683
Xəbər verdiyimiz kimi, müğənni Rihannanın reperin nişanlısı Eysap Roki (Rakim Mayers) ilə xəyanətə görə ayrıldığı iddia olunub.
Sfera.az xəbər verir ki, şayiələrdə adı keçən ayaqqabı dizayneri Əminə Muaddi məsələ ilə bağlı açıqlama verib:


Sfera.az xəbər verir ki, şayiələrdə adı keçən ayaqqabı dizayneri Əminə Muaddi məsələ ilə bağlı açıqlama verib:
"Həmişə inanmışam ki, sosial şəbəkələrdə yayılan əsassız yalanlar heç bir cavaba və ya açıqlamaya layiq deyil, xüsusən də belə alçaldıcıdırsa. Sadəcə güman edirdim ki, pis niyyətlə uydurulmuş yalan heç kim tərəfindən ciddi qəbul edilməyəcək. Lakin son 24 saat ərzində mənə xatırlatdılar ki, biz heç bir fakta ehtiyacı olmayan, heç bir şeyə məhdudiyyət qoyulmayan cəmiyyətdə yaşayırıq. Ona görə də sözümü deməliyəm, çünki vəziyyət təkcə mənə deyil, böyük hörmət və məhəbbət bəslədiyim insanlara da aiddir. Riri (red. - Rihanna) öz sakit, hamiləlik həyatını yaşamağa davam edərkən və mən də işimə qayıdıram".
Xatırladaq ki, Rihanna və Eysap ayrılmaları ilə bağlı iddiaları hələlik şərh etməyib.
Bundan başqa, Əminə iki gün əvvəl - şayiələrdən öncə Riahnnanın fotolarını paylaşaraq dizayn etdiyi ayaqqabıları ifaçının ayağında nümayiş etdirmişdi.
Qeyd edək ki, cütlük hazırda övladlarının dünyaya gəlməsini gösləyir. İfaçının qız övladı olacağı deyilir./Axşam.az/

