Manaf Ağayev Mətanəti komada bilib... - Küsülü müğənnidən JEST

Manaf Ağayev Mətanəti komada bilib... - Küsülü müğənnidən JEST
Müğənni Manaf Ağayev həmkarı Mətanət Əsədova ilə barışıb.

Sfera.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev məlumat verib.
 
Sənətçi deyir ki, Mətanət Əsədovanın komada olduğu haqqında məlumatı eşidən kimi bir baş xəstəxanaya gedib:

"Eşitdim xəstədir, dedim, gedib baş çəkim. Getdim və gözümlə gördüm, komada deyil. Onun komada olduğu haqda yayılan məlumat yalandır”. 

Qeyd edək ki, bir müddət öncə müğənni Manaf Ağayev Füzuliyə qanunsuz səfər etməsi ilə əlaqədar 15 sutka həbs edilmişdi. Həbsdən çıxan sənətçi açıqlamasında bir çox sənət adamının onu məyus etdiyini bildirib. Ona Vasif Məhərrəmli, Afət Fərmanqızı və Mətanət Əsədovanın adı təqdim edilərkən cavabında "Hamısına... Amma birinin adını çəkirəmsə Vasif Məhərrəmli", - deyə, müğənni cavab verib.

Xatırladaq ki, bütün bunlardan sonra Manaf Ağayev Mətanət Əsədova və Vasif Məhərrəmlini "Instagram" hesabında izləmədən silmişdi.

 

OXŞAR XƏBƏRLƏR

Stiv Cobsun iş müsahibələrində istifadə etdiyi maraqlı pivə testi

İş müsahibələri tez-tez stresli, formal olur və çoxlu əzbərlənmiş cavablarla dolu olur. Lakin Stiv Cobsun dünyasında işlər belə olmayıb. Onun məqsədi qarşısında...

İstilər yaxınlaşır: Kondisioner şoku deyə bir şey varmı?

Kondisionerin qabağında oturub “ay allah” demək yay aylarında hamımızın adi bir vərdişdir, lakin günün sonunda özünüzü zəif hiss edirsinizsə, baş ağ...

Dəmir qutu və butulkalar satmaqla ev almaq üçün pul topladı

Avstraliyalı Damian Qordon şüşə butulkalar və alüminium qutular sataraq 46 min dollar qazanıb və bu pulu evin ilkin ödənişinə sərf edib.   Sfera.az bil...

Muzeydə sərgilənəcək: İngiltərəyə qan udduran serial qatilin alt paltarı 5 min dollara satıldı

Bir zamanlar İngiltərəyə qan udduran serial qatil Rouz Uestin alt paltarı muzeyə satılıb. İngiltərədəki cinayət muzeyi serial qatil Rouz Uestə məxsus alt p...

Çində bar pis əhval-ruhiyyədən qurtulmaq üçün müştərilərə başmaqlı kokteyllər təklif edir

Çinin Quançjou şəhərindəki bir müəssisə içki sifariş edərkən müştərilərə ənənəvi “pis adamın döyülməsi” ritualını təklif edib. O, dərhal viral inter...

Məşhur futbolçunun ailəsi evdən qaçırıldı: Özü çarpayının altında gizləndi

Ekvadorda futbolçu Cekson Rodrigesin ailəsi oğurlanıb. Sfera.az xəbər verir ki, “Emelec” futbol klubunun müdafiəçisi 26 yaşlı Cekson Rodrigesin h...