Logo

Deniz Seki vaxtından əvvəl azadlığa çıxacaq?

Deniz Seki vaxtından əvvəl azadlığa çıxacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Müğənni Deniz Sekinin vaxtından əvvəl həbsdən çıxa biləcəyi haqda xəbər yayılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 15 iyul qiyam gecəsindən sonra həbsxanalarda sıxlıq yarandığı üçün bəzi məhkumlar barədə əfv qərarı çıxa bilər.

2016-cı il yanvarın 1-dən əvvəl həbsxanaya düşən məhkumların bəzilərinin cəzasının 5 il azaldılacağı haqda təklif Deniz Sekini də sevindirib. Müğənninin vəkili bildirib ki, bu haqda təklif qanuniləşərsə, Denizin həbsdən çıxacağı realdır.

Bu arada D. Sekinin həbsdən çıxandan sonra realiti-şou ilə ekranlarda görünəcəyi deyilir. Bir prodüser şirkəti ifaçının həyatını anbaan çəkərək ekrana gətirmək üçün sənətçinin menecerinə təklif göndərib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR