Logo

Mahsun Kırmızıgül boşandı - 6 illik evlilik niyə bitdi?

Mahsun Kırmızıgül boşandı - 6 illik evlilik niyə bitdi?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli məşhur aktyor və müğənni Mahsun Kırmızıgül boşanıb.

Sfera.az bildirir ki, ifaçı 6 illik həyat yoldaşı Ece Binaydan anlaşaraq ayrılıb. Beykoz Ailə Məhkəməsi cütlüyün qızının qəyyumluğunu anaya verib.

Kırmızıgül boşanma xəbəri ilə bağlı bu fikirləri bildirib:

"Evliliyimizi xilas etməyə çalışdıq, olmadı. Səbəbi haqqında danışmaq istəmirəm. Olan oldu”.

Qeyd edək ki, ötən həftələrdə Mahsun Kırmızıgülün bir qadının dizinə uzanaraq saçını sığallatdırdığı anların videosu yayılıb. Həmin qadınla güzgü önündə çəkilmiş pozası da ortaya çıxan sənətçi susmağa üstünlük verib. Müğənni 2016-cı ildə ABŞ-ın Los-Anceles şəhərində bir ildir birlikdə olduğu vəkil sevgilisi Ece Binay ilə ailə həyatı qurub, 2017-ci ildə  Lavin adlı qızı dünyaya gəlib.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR