Manaf Ağayev həbsdən sonra Vasif Məhərrəmlini “SİLDİ”

Manaf Ağayev həbsdən sonra Vasif Məhərrəmlini “SİLDİ”
Müğənni Manaf Ağayev həmkarı və dostu Vasif Məhərrəmlini instaqramda izləmədən çıxarıb.

Sfera.az xəbər verir ki, qarşı tərəf də eyni addımı atıb.

Hazırda bir-birini izləməyən müğənnilərin arasında soyuq münasibət yarandığı bildirilir.

Bunu Manaf Ağayevin özü də təsdiqləyib. Belə ki, ondan "Səhər mərkəzi” verilişində qonaq olarkən "Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış” deyimini hansı sənət adamına şamil edib-etməyəcəyi soruşulub. Bunun üçün Manaf Ağayevə Vasif Məhərrəmli, Afət Fərmanqızı və Mətanət Əsədovanın adı təqdim edilib. İfaçı isə "hamısına” cavabı verib, daha sonra Vasif Məhərrəmlinin adını xüsusi qeyd edib.

Qeyd edək ki, Manaf Ağayev bir müddət əvvəl Füzuliyə qanunsuz səfər etməsi səbəbiylə 15 sutka həbs edilmişdi. Onunla Vasif Məhərrəmli arasında soyuq münasibətin də bundan sonra yarandığı bildirilir. Maraqlıdır ki, Mətanət Əsədova da Manafın izləyiciləri sırasında yoxdur. Qadın müğənnin izlədiyi şəxslər arasında da Manaf Ağayevin adını görmək mümkün deyil.

Manaf Ağayev bildirib ki, şou aləmində dostluq boş şeydir:

"Bir dostum var idi, bu yaxınlarda görüşdük. Dedim, hardasan, görünmürsən? Bilirsiniz ki, bəzi hadisələr oldu. Dost dar gündə sınanır. İndi dost sözü eşidəndə allergiya verirəm. Mən həmişə bu camiəni müdafiə etmişəm. Çünki buradan çörək yeyib pisləyən adamlardan xoşum gəlmir. Bu camiədə dost boş imiş. Necə olur ki, hər gün görüşüb yeyib-içirsən, amma dostluq göstərə bilmirsən. Heç utanmırsan? Heç bir xəcalət çəkmirsən?”


OXŞAR XƏBƏRLƏR

Tanınmış müğənniyə ağır itki

Müğənni Yaşar Cəlilovun ailəsinə ağır itki üz verib.   Sfera az xəbər verir ki, AZXEBER.COM-un əldə etdiyi məlumata görə sənətçinin anası Maisə ...

Azərbaycandakı şəkərli diabet xəstələrinin sayı açıqlandı

2024-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan şəkərli diabet xəstələrinin sayı 33 533 nəfər olub.   Bu barədə Sfera.az-a Dövlət Statisti...

Çimərliklərdə bunlar qadağandır - Polis nəzarətə başladı - FOTO

"Çimərliklərdə nəqliyyat vasitələri və heyvanlarla hərəkət qadağandır".   Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmət...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Sülhə aparan yol Ermənistan konstitusiyasına dəyişiklikdən və Minsk qrupunun ləğvindən keçir

III Şuşa Qlobal Media Forumu Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ciddi müzakirələrə və mesajlara şahidlik etdi. Forumd...

Prezidentin köməkçisi Şuşadan paylaşım ETDİ - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşadan paylaşım edib.   ...