Əməkdar artistdən Manaf Ağayevin ittihamına cavab: “Vaxt tapan kimi...”

Əməkdar artistdən Manaf Ağayevin ittihamına cavab: “Vaxt tapan kimi...”
Əməkdar artist Vasif Məhərrəmli müğənni Manaf Ağayevin fikirlərinə münasibət bildirib.

Sfera.az xəbər verir ki, müğənni Qaynarinfo-ya açıqlamasında həmkarının onun barəsində dediyi sözlərdən xəbərsiz olduğunu bildirib:

"Məlumatsızam, xəbərim yoxdur. Bir də ki, Manaf Ağayev dostumuzdur, deyib də... Vaxt tapan kimi onun mənim barəmdə dediyini oxuyacağam”.

Qeyd edək ki, müğənni Manaf Ağayev  "Şəhər mərkəzi” verilişində Əməkdar artist Vasif Məhərrəmlidən incidiyini dilə gətirib. 

M.Ağayev həbsxana həyatından sonra bir çox dostlarını sildiyini açıqlayıb:

"Dost dar gündə sınanır: gözün axtarır. Vacib deyil kimsə kiməsə nəsə etsin. "Dost” sözü gələndə allergiya verirəm. Hər zaman yanlarında olmuşam, amma gördüm hamısını. Yıxılma, yıxıldınsa, məhv oldun. Bu camiyəni hər zaman müdafiə etmişəm. Burada dostluqlar boş imiş. Hər gün görüşürsən, yeyib-içirsən, sağlıq deyirsən. Amma dostluq göstərə bilmirsən. Nə anlam verir? Heç xəcalət çəkmirsən, utanmırsan? Dostlarım var idi, bir stəkan çayımı içməyib. Xəcalət çəkdim ki, niyə düz yaşamamışam? Elə insanlar yada saldı, yanımda oldu ki… Heç buna ehtiyacı da yox idi, ancaq insanlıq etdi. Mən onlara elə olmamışdım. Mənə çox deyirdilər, elə bilirdim aramıza girirlər. Tanıdığım, tanımadığım insanın yanında olmuşam”.

OXŞAR XƏBƏRLƏR

Azərbaycandakı şəkərli diabet xəstələrinin sayı açıqlandı

2024-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan şəkərli diabet xəstələrinin sayı 33 533 nəfər olub.   Bu barədə Sfera.az-a Dövlət Statisti...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Sülhə aparan yol Ermənistan konstitusiyasına dəyişiklikdən və Minsk qrupunun ləğvindən keçir

III Şuşa Qlobal Media Forumu Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ciddi müzakirələrə və mesajlara şahidlik etdi. Forumd...

Prezidentin köməkçisi Şuşadan paylaşım ETDİ - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşadan paylaşım edib.   ...

Novxanıda dənizdə 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. ...

Azərbaycanda da sevilən müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə &...