Jurnalist komediya ustası Atalay Demircinin üzünə tüpürdü - video

Jurnalist komediya ustası Atalay Demircinin üzünə tüpürdü - video

"Bəyaz TV”nin müxbiri Levent Kelleci, Türkiyədə 15 iyul – hərbi çevriliş hadisələrini törədən Fəthullah Gülənin tərəfdarı olduğu üzə çıxan komediya ustası Atalay Demircinin üzünə tüpürüb.

Sfera.az xəbər verir ki, müxbir Atalay Demirci ilə müsahibəni bitirdikdən sonra 15 iyul hadisələri ilə bağlı onun söylədiyi fikirlərə etirazını bildirib:

"Mən sizin doğru söylədiyinizə inanmıram. Məncə, siz də onların köpəyisiniz. Bu mənim fikrimdir. Onlarla insan öldü, sadəcə "qurban olaram” deyə bildiniz. Yazıqlar olsun”, - deyərək əsəblərini cilovlaya bilməyən L.Kellecini yanındakı şəxslər sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, hakerlər Atalay Demircinin Tvitterdəki hesabını ələ keçirərək onun FETÖ tərəfdarı olan basketbolçu Enes Kanter və keçmiş futbolçu və millət vəkili Hakan Şükürlə yazışmalarını, həmçinin, F.Gülənlə bir yerdə çəkdirdiyi fotosunu üzə çıxarmışdılar.
(axşam.az)

 
 

OXŞAR XƏBƏRLƏR

Elgiz ailə həyatından danışdı: "Çox peşmanam"

Aparıcı Elgiz Əkbər ailə həyatından danışıb.   Sfera.az xəbər verir ki, bu haqda proqramında bəhs edən aparıcı yaşadığı peşmançılıqdan söz açıb:...

Azərbaycanda doğulan iş adamı Rusiyada belə saxlanıldı - VİDEO

Rusiyada tikinti şirkətinin baş direktoru 46 milyon rubl məbləğində dələduzluq ittihamı ilə saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə fon...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...