"İnsanın əsas ehtiyaclarından biri də sevgi və seksdir" - Nura Suri

Maqazin
11:28 / 18.02.2022
1672
"Boşanmış qadının kişi ilə münasibətinə əxlaqsızlıq kimi baxan cəmiyyətimiz var. Deməli kiminsə cibinə girmək, rüşvət almaq, şər-böhtan atmaq, qeybət etmək əxlaqsızlıq deyil, amma həyatında sevgi və ya seks varsa, əxlaqsızlıqdır”.
Sfera.az bildirir ki, bunu müğənni Nura Suri deyib. İfaçı fikirlərinə bu cür davam edib:
"Uşaq vaxtı ailəlikcə müharibə filmlərinə baxmaq normal idi, sevgi filmlərinə baxmaq anormal. Bütün problemlər elə o vaxtdan başlayıb. Adam öldürmək ayıb deyil, adam sevmək ayıbdır. İnsanın suya, havaya, yeməyə ehtiyacı olduğu kimi, əsas ehtiyaclarından biri də sevgi və seksdir. İnsan belə yaradılıb. Yəni sizin dünyaya gəlişiniz seksin ya da sevginin nəticəsidir”.
N.Suri vurğulayıb ki, həmin insanların həyat tərzi ilə düşüncələri, düşüncələri ilə danışdıqları çox fərqlidir və özlərini şəxsiyyət kimi formalaşdıra bilmirlər:
"Öz hisslərinizi dilə gətirməyə qorxursuz, fikirlərinizlə sözləriniz uyuşmur. Öz acizliyinizi sizdən güclü insanları şərləməklə, söyməklə ört-bastır etməyə çalışırsız. Kiminsə səviyyəsinə çatmağa yox, öz bataqlığınıza salmağa çalışırsız. Hər kəsin yanında fərqli obrazlara girirsiz. Özünüzü olmadığınız kimi göstərməyə can atırsız. Hətta bəyənmədiyiniz geyimi belə dəb olduğuna görə alıb geyinə bilirsiniz. Bütün günü onun-bunun yatağını, şəxsi həyatını utanmadan müzakirə edirsiz - adını da namus, qeyrət qoyaraq”.
Türkan
Sfera.az