Logo

Məşhur aktyor qara görə köməksiz vəziyyətdə qaldı: "21 saatdır yoldayıq" - FOTO

Məşhur aktyor qara görə köməksiz vəziyyətdə qaldı: "21 saatdır yoldayıq" - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyədə yağan güclü qar daha bir məşhurun çətinlikdə qalmasına səbəb olub.

Sfera.az bildirir ki, bu dəfə aktyor Şafak Sezer sosial media hesabından İSTOÇ-Mahmutbey ərazisinə yaxın yerdən video paylaşaraq yardım istəyib. O, saatlarla yolda qaldığını deyərək səlahiyyətli şəxslərə müraciət edib.

"Təxminən 21 saatdır yoldayıq, özümü xəstəxanaya çatdırmağa çalışıram, çox acam", - deyə Sezer bildirib.

O, köməksiz halda olduqları barədə ilk məlumatı bundan 14 saat öncə sosial şəbəkədə paylaşdığını vurğulayıb.

Xatırladaq ki, bir neçə gündür Türkiyədə yağan güclü qar həyatı iflic edib.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR