Logo

"Mənim pulum burada keçmir..." - Emin Ağalarov

"Mənim pulum burada keçmir..." - Emin Ağalarov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dekabrın 10-da Rusiyada Kreml Sarayında məşhur "Золотой граммофон" mükafatının təqdimetmə gecəsi baş tutub.

Sfera.az xəbər verir ki, "Русски радио" şirkətinin təşkilatçılığı ilə 1996-cı ildən keçirilən tədbir Rusiyada ən önəmli mükafatlardan hesab edilir.

Xalq artisti Emin Ağalarov da bu il mükafata layiq görülüb. O, "Отпусти и лети" mahnısına görə mükafatlandırılıb.

Qeyd edək ki, Emin bundan əvvəl "Я лучше всех живу" və "Девочка моя" mahnılarına görə iki dəfə "Золотой граммофон"a layiq görülüb.

Mükafatla bağlı açıqlama verən müğənni:

"Bu, son 10 ildə aldığım üçüncü mükafatdır. Çox dəyərli və nadir bir mükafatdır. Bunu pulla almaq mümkünsüzdür. Baxmayaraq ki, mənim pulum var, amma burada keçmir",- deyə Emin bildirib.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR