Azərbaycanlı müğənninin döyülmək xəbəri yayıldı - FOTO

Azərbaycanlı müğənninin döyülmək xəbəri yayıldı - FOTO

1xəbər.com-a daxil olan məlumata görə, Azərbaycanın sevilən ulduzu döyülüb. 

Milli.Az sözügedən sayta istinadən bildirir ki, belə ki, bir neçə ay öncə "Eurovision 2011" təmsilçimiz Nigar Camalın döyülmə xəbəri yayılmışdı. Bu günlərdə isə Azərbaycana qələbə sevinci yaşadan sənətçinin sevgilisinin qohumları tərəfindən hücuma məruz qaldığı məlum olub.

Həyat yoldaşından boşandığını ictimaiyyətə keçən il açıqlayan Nigar Camal Azərbaycanın yüksək vəzifəli məmurlarından birinin Türkiyədə yaşayan oğlu ilə eşq yaşayıb. 
İfaçının yaxın çevrəsindən əldə etdiyimiz məlumatda, Nigar Camal mütəmadi olaraq sevgilisi ilə Türkiyədə görüşüb. Sevgilisinin yüksək vəzifəli məmurun oğlu olması ona problemlər yaşadıb. 20-21 yaşlı subay övladlarının iki uşaq anası ilə görüşməsi öğlanın valideynlərini narahat edib. Valideynlər bunun qarşısını dəfələrlə almağa çalışsalar da cəhdləri boşa çıxıb. Sevgililəri ayırmaq mümkün olmayıb.

Cəhdlərinin boşa çıxdığını görən valideynlər çıxış yolunu Nigar Camalı qorxutmaqda görüblər. Bundan sonra ifaçı məmurun adamları tərəfindən möhkəm döyülüb. Həyati təhlükənin reallığını dərk edən ifaçı ayrılmaq qərarını verib. 

Məsələ ilə bağlı Nigar Camalla əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı. İfaçının yeni prodüseri isə saytımıza açıqlamasında hadisədən məlumatsız olduğunu bildirdi: "Mən Nigar xanımla çalışmağa yeni başlamışam. Sizin dediklərinizi ilk dəfədir eşidirəm. Ona görə də heç nə deyə bilməyəcəm", - deyə xəbəri nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, Nigar Camal 7 sentyabr 1980-ci il tarixində Bakı şəhərində anadan olub. 2005-ci ildə kiprli Haluk Camalla ailə qurub və İngiltərənin paytaxtı Londonda yaşayıb. Bu evlilikdən iki qız övladı var: Jasmin və Səidə.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...