Logo

Məşhur reperin konsertində izdiham: 8 nəfər öldü, yüzlərlə insan xəsarət aldı

Məşhur reperin konsertində izdiham: 8 nəfər öldü, yüzlərlə insan xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-da reperin konsertində sıxlıqdan ölənlər olub.

Sfera.az bildirir ki, hadisə ötən gün Texas ştatının Houston bölgəsində baş verib. Belə ki, "Astroworld” festivalı çərçivəsində yerli saatla 21:00 radələrində reper Travis Skotun səhnəyə çıxıb. Bu zaman insanlar repçinin səhnəsinə tərəf getməyə çalışıblar və izdiham yaranıb. Nəticədə bəzi adamlar yerə yıxılaraq əzilib.

Ardınca konsertə fasilə verilib. Houstonun fövqəladə hallar şefi Samuel Penanın sözlərinə görə, izdihamda 8 nəfər dünyasını dəyişib. Yaralılardan təxminən 20 nəfər isə xəstəxanaya yerləşdirilib, onlardan 11 nəfəri ani infarkt keçirdiyinə görə reanimasiyaya köçürülüb.

Sözügedən konsertdə aralarında uşaqlar da olmaqla yüzlərlə insanın yaralandığı bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR