Logo

Məleykə Əsədova VİDEOsunu montaj edib paylaşanlara od püskürdü

Məleykə Əsədova VİDEO sunu montaj edib paylaşanlara od püskürdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Hər kəs səhifəsində nə paylaşırsa, bu onun tərbiyəsi, iç dünyasıdır”.

Sfera.az bildirir ki, bunu Xalq artisti Məleykə Əsədova "7 Canlı" proqramında dediyi şeirin montaj edilməsindən danışarkən deyib. O, görüntüləri paylaşan sosial şəbəkə səhifələrinə, saytlara müraciət edir.

"Bir insan haqqında nəsə bilməj istəyirsinizsə, səhifəsindəki paylaşımlara baxın və biləcəksiniz ki, o insan özüdür, savadsızlığını, ailə tərbiyəsini paylaşır! O saxta videonu paylaşanlar çox gözəl bilirdilər ki, video montajdır, bəs niyə o tərbiyəsizliyə dəstək oldunuz? Səhifənizdə reytinqiniz qalxdı, yaxşı bəs, həyatda addımladığınız yolda vicdanınız, ruhunuz rahatladımı? Savadınız artdımı? Pul qazananda əqidənizi itirməyin! Təbii ki, varsa”, - deyə aktrisa əlavə edib.

Qeyd edək ki, M.Əsədova görüntüdə Bəxtiyar Vahabzadənin "Kimdir mənim düşmənim?" şeirini səsləndirib. Lakin videoda "yox" sözündən sonrakı səslər montaj edilib.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR