Logo

Məşhur qapıçının həyat yoldaşı dindarlara sərt cavab verdi - FOTO

Məşhur qapıçının həyat yoldaşı dindarlara sərt cavab verdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyə milli komandasının və "Fənərbaxça”nın sabiq qapıçısı Volkan Dəmirəlin həyat yoldaşı Zeynəb Dəmirəl onu sosial şəbəkələrdə tənqid edən şəxslərə sərt cavab verib.

Sfera.az xəbər verir ki, Zeynəb Dəmirəl Hellouin bayramı münasibəti ilə üzünə müxtəlif boyalar çəkib, xüsusi kostyumlar geyinib.

Zeynəb öz "Instagram” səhifəsində onu tənqid edən sosial şəbəkə istifadəçilərinə "Dininizin aradan getməsinə bu qədər narahat olmaqdansa, öz iqtisadi vəziyyətinizdən narahat olun” cümləsi ilə cavab verib.

Tanınmış qapıçının xanımı həmçinin əlavə edib ki, Hellouin bayramı onun üçün mədəniyyət məsələsidir və o, bu bayrama bir əyləncə vasitəsi kimi baxır.

Məşhur qapıçının həyat yoldaşı dindarlara sərt cavab verdi - FOTO
Məşhur qapıçının həyat yoldaşı dindarlara sərt cavab verdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR