Logo

Tanınmış həkim məşhurların koronavirusdan ölmə səbəbini AÇIQLADI

Tanınmış həkim məşhurların koronavirusdan ölmə səbəbini AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Məşhur adamların koronavirusdan ölmə səbəbi aqressiv ev müalicəsidir”.

Sfera.az bildirir ki, bunu tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O bildirib ki, həmin şəxslər adətən panikaya düşürlər.

"Ümumiyyətlə, ilk 7 gün ərzində xəstəyə - antibiotik, deksametazon, su içə bilən xəstəyə - sistem, cavan, risk qrupunda olmayan xəstələrə - qan durulducu, immun modulyatorlar, bioloji aktiv maddələr yazmamaq müalicənin əsasını təşkil edir.  Mənim əsas taktikam minimal dərman istifadəsidir. Əlbəttə, hər xəstəyə fərdi yanaşılmalıdır. Amma panikaya düşüb koronavirusun ev müalicəsini aqressiv başlayanların çoxunda ağırlaşmalara daha çox rast gəlinir. Bütün apteki ala biləcəyini düşünən varlı adamlar aqressiv müalicə edirlər. Ölən məhşur adamların əksəriyyətinin müalicəsini araşdırsanız, evdə çoxsaylı dərmanla başladığını aydın görə bilərsiniz”, - deyə mütəxəssis qeyd edib.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR