"Həmən yataq, intim münasibət haqqında fikirləşirlər" - Çingiz Mustafayev

Maqazin
16:32 / 26.10.2021
955
"Sevən zaman gözləntiniz minimum olmalıdır”.
Sfera.az bildirir ki, bunu müğənni Çingiz Mustafayev deyib. O bildirib ki, əsl sevgi anlayışı təmənnasız sevgidir.
"Qalan hər şey eqodur. İnsanların çoxu şəxsi münasibətlərində, əksər hallarda xoşa gəlməz sözlərlə və davalar ilə çirkinliklər yaradırlar. Əgər sadəcə flört ediriksə, zaman keçiririksə, bunu gözəl etmək lazımdır. Mən fikir vermişəm, əfsuslar olsun ki, oğlanların çoxu tanışlıq sonrası həmən yataq, intim münasibət haqqında fikirləşirlər. Halbuki bütün maraq, gözəllik yolun özündədir, tanıyıb kəşf etməkdədir. Hər hansı bir həyəcan verici görüşlər, bir-biri ilə açıq olmaq, dürüst olmaq çox vacibdir. Məsələn, restorana doymaq üçün yox, yeməkdən zövq almaq üçün getmək lazımdır”, - deyə ifaçı əlavə edib.
Türkan
Sfera.az