Logo

Tanınmış aktrisanın restoran açmaq arzusu ürəyində qaldı

Tanınmış aktrisanın restoran açmaq arzusu ürəyində qaldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli aktrisa Hazal Kaya restoran açmaq arzusunu reallaşdıra bilməyib.

Sfera.az xarici KİV-ə istinadən xəbərinə görə, o, restoran açmaq üçün baxdığı məkanların aylıq icarə haqlarının çox baha olduğunu görüb. Maliyyə problemlərinə görə Hazal restoran açmaq işini təxirə salıb. 

Aktrisanın növbəti mövsümdə yeni seriala çəkiləcəyi və arzularına çatmaq üçün pul toplayacağı deyilib. 

Qeyd edək ki, Hazal Kaya bir müddət əvvəl "Mutfak sanatları" Akademiyasına getmiş və oranın diplomunu almışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR