Məşhur müğənni qumarda yarım milyon uddu
Kateqoriya məlum deyil
Məşhur türk müğənnisi Sərdar Ortaç qumarda pul udub.
Sfera.az-ın məlumatına görə, müğənni qumar oynayıb və 504 min türk lirəsi qazanıb. Məsələ ilə bağlı mətbuata açıqlama verən Sərdar Ortaç borclarını ödəyəcəyini bildirib: "Bu günə kimi həmişə qumarda uduzmağımla bağlı xəbərlər çıxıb, ancaq indi udmuşam. Udduğum pullarla borclarımı ödəyəcəyəm”.
Qeyd edək ki, Sərdar Ortaç dəfələrlə qumarda uduzmasına görə gündəmə gəlib.a






