Tanınmış cütlük evləndi – FOTO

Tanınmış cütlük evləndi – FOTO

 

Aktrisa Neslihan Atagül iki ildir birlikdə olduğu həmkarı Kadir Doğulu ilə ailə həyatı qurub.

Oxu.Az xəbər verir ki, cütlüyün toyu Kanlıcadakı "Ajia Hotel”də baş tutub.

Qeyd edək ki, Neslihan Atagül 1992-ci ildə İstanbulda doğulub. Yeditepe Universitetinin Teatr Bölümündə təhsil alır.

Karyerasına ilk dəfə 2006-cı ildə "Yaprak dökümü” serialındakı Deniz obrazı başlayıb. Eyni ildə "İlk aşk” filmində rol alıb və Altın Koza Film Festivalında "Ümid verən gənc qadın aktrisa” mükafatına layiq görülüb.

2011-ci ildə Mahsun Kırmızıgülün rejissorluq etdiyi "Hayat devam ediyor” adlı serialda çəkilib. 2012-ci ildə "Araf” filmində, 2013-ci ildə "Fatih Harbiye” serialında rol alıb. Hazırda "Kara sevda” adlı serialda çəkilir.

Aktrisanın anası belarus, atası isə çərkəz mənşəlidir.

Kadir Doğulu isə 1982-ci ildə Mersin şəhərində dünyaya gəlib. İlk dəfə 2010-cu ildə "Küçük sırlar” serialında baş rollardan birini canlandırıb. Bundan əvvəl isə müğənni Hande Yenerin "Romeo” mahnısına çəklimiş klipində rol alıb.

Daha sonra "Pis yedili” adlı serialda baş rolu ifa edib. Ancaq serialdan yarımçıq ayrılıb və "Fatih Harbiye” adlı digər serialda Macit obrazını canlandırıb. 2015-ci ildən "Sevdam alabora” serialında Gökhan rolunu və "Muhteşem yüzyıl Kösem” adlı serialda Mehmet Giray Xan obrazını canlandırır.

Kadir Doğulu tanınmış musiqiçi və stilist Kamal Doğulunun qardaşıdır.

Neslihan Atagül ilə Kadir Doğulu 2015-ci ilin noyabrın 25-də nişanlanıb.

Cütlüyün ötən gün baş tutan toy mərasimindən Türkiyə mətbuatında yer alan fotoları təqdim edirik:

 

 
 
 
 
 


OXŞAR XƏBƏRLƏR