“Özü vaxtilə min hoqqadan çıxıb, hər pozğunluğu edib…” - Nura Suridən SƏRT SÖZLƏR

Maqazin
12:06 / 15.10.2021
2030
"Ölkədən köçən insanların çoxu vətəni sevmədiyindən yox, insanların başqalarının həyatına burun soxmasından, dedi-qodusundan qaçıb gedir”.
Sfera.az bildirir ki, bunu müğənni Nura Suri deyib. O bildirib ki, ölkədə kişili-qadınlı bir yerə yığışan kimi, kimisə müzakirə etməyə başlayırlar:
"Hamı da hamıdan şikayət edir. Ən zəhləm gedən xüsusiyyət isə özü vaxtı ilə min hoqqadan çıxıb, hər pozğunluğu edib, sonra cəmiyyətdə bəlli bir status əldə edən kimi başlayır qeyrət, namus, əxlaqdan danışmağa. Başqalarına yuxarıdan aşağı baxmağa ki, bəs filankəs əxlaqsızdır və s. Adamın əti tökülür”.
N.Suri qeyd edib ki, ən böyük əxlaqsızlıq başqalarının əxlaqını müzakirə etməkdir:
"Bir yerə yığılıb oturanda kinodan, kitabdan, dünyada baş verən proseslərdən danışın, loto oynayın, deyin, gülün əylənin. Xaricə də gedəndə turizm şirkətindən, bizimkilər olmayan oteldə otaq istəyirlər. Səbəb isə özümüzünkülərin qınağından qaçmaqdır. Özünüz rahat və firavan yaşayın, başqalarına da mane olmayın yetər”.
Türkan
Sfera.az